"Qəbələ"də yeni məşqçi təyinatı

Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

Newsport.az xəbər verir ki, Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev komandada məşqçi-analitik kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, əvvəllər "Qəbələ"nin akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right