“Qəbələ” rəsmisi ilə yollarını ayırdı

“Qəbələ” baş menecer Nail Kərimovla yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin dekabrından bu vəzifəni icra edən futbol funksioneri 2006-cı ildən “qırmızı-qaralar”da müxtəlif vəzifələrdə çalışıb. Kərimov akademiyanın direktor müavini və rəhbəri kimi də çalışıb.

Kərimovun öz istəyi ilə “Qəbələ”dən ayrıldığı qeyd olunub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right