Türkiyənin Kocaeli bölgəsinin mediasında Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yerli "Kocaelispor" klubundankı debütünə qiymət verilib.
Newsport.az xəbər verir ki, "En Kocaeli" qəzetində dərc olunan yazıda "Kocaelispor"un ötən həftə 20-ci turun oyununda autsayder "Altay"la səfər matçına toxunulub.
Şeydayevin yeni komandası bu görüşdə 2:0 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisinin 27 yaşlı hücumçusu əsas heyətdə meydana çıxıb və 72 dəqiqə meydan olub. O, ilk matçında qol vura bilməyib. Hazırda "Kocaelispor" "Goztepe" ilə birgə 39 xalla 2-3-cü yerləri bölüşdürür.
Qəzetdə dərc olunan yazıda R.Şeydayevin debüt oyunu müsbət qiymətlətləndirilib. Qeyd olunub ki, Ramil Şeydayev oyunda gözəl çıxışı ilə gələcəkdə yaxşı işlər görə biləcəyini nümayiş etdirib. "Uyğunlaşma problemi yaşamasa, komandaya fayda verəcəyinə bənzəyir. İlk maçda ümidverici çıxışı oldu. Amma onun oyununun yetərli olduğunu söyləmək olmaz. Gələcək matçlarda görəcəyik" - deyə yazıda bildirilir.
"Demortat Kocaeli" qəzetində də R.Şeydayevin debütünə toxunulub. Qeyd olunub ki, azərbaycanlı futbolçu matçdakı ümumi performansı ilə gələcək üçün ümidverici oyun ortaya qoyub. "Matçın ilk hissəsində bir epizodda qola yaxınlaşan Şeydayev azarkeşlərdən də yaxşı qiymət alıb" - deyə yazıda qeyd edilir.