“Qarabağ”ın legioneri: Təslim olmayacağıq

“Addım-addım irəliləmək istəyirik. Belə düşünmək lazımdı”. Newsport.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade deyib.

Hazırda Kabo Verde yığmasının heyətində Afrika Millətlər Kubokunda çıxış edən futbolçu komandasının 1/4 finala adlamasını dəyərləndirib. O, daha da irəliləmək arzusunda olduqlarını söyləyib: “Növbəti oyundan çox şey asılıdı. Biz baş məşqçimizə, o da bizə güvənir. Düzdü, isti hava şəraitində yüksək tempdə oynamaq çətindi. Ancaq təslim olmayacağıq”.

Qeyd edək ki, Kabo Verde yığması 1/4 finalda Mərakeş – Cənubi Afrika oyununun qalibi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right