AFFA-nın Hakimlər Komitəsinin sədri Premyer Liqa klubu ilə görüşdü

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək klublarla görüşlərini davam etdirir. Newsport.az xəbər verir ki, türkiyəli mütəxəssis bu dəfə “Turan Tovuz”un əsas komandasının məşqçi və futbolçu heyəti ilə bir araya gəlib.

Komitə rəhbəri onlara oyun qaydaları ilə bağlı seminar keçib. Seminar zamanı qaydalardakı yeniliklər barədə məlumat verilib.

Seminarın sonunda müxtəlif qarşılaşmalardan seçilən epizodlar müzakirə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right