Azərbaycan Premyer Liqasında mövsümün antirekordu

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb. Newsport.az xəbər verir ki, bu, 20-ci turun “Kəpəz” – “Qarabağ” oyununa təsadüf edib.

Gəncə şəhər stadionu yenidənqurmağa bağlandığı üçün “Kəpəz” rəqiblərini Qəbələdə qəbul edir. “Qarabağ”la keçirilən görüşdə isə tribunalarda cəmi 90 tamaşaçı olub. Bu da mövsümün ən aşağı göstəricisidi.

Buna qədər antirekord “Araz-Naxçıvan”a məxsus idi. Naxçıvan təmsilçisinin XV turda “Səbail”lə (1:1) ev matçına 120 azarkeş toplaşmışdı.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right