Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda təcrübə keçir.
Newsport.az-ın məlumatına görə, bu barədə keçmiş müdafiəçinin qardaşı Sərxan İbrahimoğlu məlumat verib.
O bildirib ki, Ruslan Abışov “Dinamo”nun baş məşqçisi Kurban Berdıyevin yanında məşqçiliyin sirlərini öyrənir. I Liqa komandası hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. O, yaya qədər Berdıyevin yanında olacaq.