Ruslan Abışov: "İstəməzdim ki, "Xəzər Lənkəran" kimi klub bu vəziyyətdə olsun" MÜSAHİBƏ

"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov "Xəzər Lənkəran"la matçdan sonra Newsport.az-a müsahibə verib:

 

- Oyunun bu cür hesabla başa çatmasına səbəb nə oldu?
- Əsas səbəbi, elə oyun başlayan kimi qol vurmağımız oldu. "Xəzər Lənkəran"ın vəziyyətini bilirik, çətindi futbolçular üçün oynamaq. O klubda oldum özümdə. Sadəcə qolumuzu erkən vurduq deyə, "Xəzər Lənkəran" futbolçuları "sındı". İkinci qol da erkən alındı. Açığı rəqib oyunçuların oyundan qopmasını görəndən sonra, bilirdim ki, böyükhesablı qələbə əldə edə bilərik. "Xəzər Lənkəran"lı oyunçulara demək istəyirəm ki, həvəsdən düşməsinlər və sona qədər mübarizə aparsınlar. Hər şey dəyişə bilər.

- "Xəzər Lənkəran"ın düşərgəsində olmusan və az-çox bilirdin komandanın gücünü. "Qəbələ"yə bu cür hesabla uduzacağını gözləyirdin?
- Gözləmirdim. Çünki düşünürdüm ki, sürətli gənc istedadlı uşaqlar var. Amma erkən qol rəqibin planlarını alt-üst etdi və bizim rahat qələbəmizə şərait yaratdı.

- Sabiq komandana qarşı oynayırdın, "Xəzər Lənkəran"a görə üzüldünmü bu hesaba?
- Böyükhesablı məğlubiyyət acı olur. O, oyunçulara psixoloji olaraq çox təsir edəcək.Ancaq inanıram ki, tez zamanda bu çətin durumdan çıxacaqlar. İstəməzdim ki, "Xəzər Lənkəran" kimi bu vəziyyətdə olsun.

- Sanki komandada yorğunçuluq yox idi...
- Heyətdə dəyişikliklər də var idi. Çünki yerli oyunçular da oynamalıdı. Bununla əlaqədardı. Artıq bu qrafikə öyrəşmək lazımdı. Bütün dünyada futbolçular üç gündən bir oyuna çıxırlar. 

- Növbəti turda "Neftçi" ilə oynayacaqsız. "Qəbələ" növbəti üç xalı aktivinə yazdıra biləcək?
- Millinin toplanışı gəlir. Təbii ki, həmin vaxtdan sonra komanda yaxşı istirahət etməlidi. "Neftçi" ilə çətin oyun olacaq. Gənc heyəti olsa da, istedadlıdılar. Çempionatda zəif oyun da yoxdu. Əsas bizim hazırlaşmağımızdan asılıdı hər şey. 

- Demək olar ki, "Qarabağ"ın çempionluq yolunda yeganə rəqibisiz?
- Mən belə deməzdim. "İnter" də yaxşı durumdadı. "Zirə" də liderlər qrupundadı. Çempionatda hələ sürprizlər olacaq. İndidən tələsmək olmaz.

- İtaliya ilə görüşdə  millimiz hansı nəticəni göstərməyə qadirdi?
- Azarkeşlərimiz son vaxtlar millimizdən yaxşı nəticələr gözləməyə başlayıblar. Bu sevindirici haldı. İtaliyadı rəqib, dünyanın 5 top millisindən biri. Biz əsas öz oyunumuzu oynayıb, ən azından bir xala ümid etməliyik. Millimiz İtaliyadan bir xal almağa çalışacaq. Təbii ki, qələbə olarsa, sensasiya olacaq. Olimpiya stadionunda birinci oyunumuz olacaq. Mənim özüm üçün də maraqlıdı bu stadionda oynamaq. Görək azarkeşlərimiz tribunanı necə dolduracaq. İtaliya müdafiədən oynayıb, nəticəyə oynayan komandadı. Onlar sürətli futbol oynamırlar. İtaliya üçün 1:0 da fərqi yoxdu, əsas odu üç xal olsun. Millimizin İtaliya ilə ən azından heç-heçə etməyə gücü çatar.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right