“Xəzər Lənkəran” daxili turnirlər üçün (anti)rekord təzələdi

Premyer Liqanın VII turunda səfərdə "Qəbələ” ilə qarşılaşan "Xəzər Lənkəran” tarixinin ən ağır məğlubiyyətlərindən birini alıb.

Newsport.az-ın məlumatına görə, "ağ-yaşıllar” Qəbələdə 6 cavabsız qol buraxaraq daxili yarıçlar üçün (anti)rekord müəyyənləşdirib.
 
Qəbələdəki 0:6 hesablı yenilgi lənkəranlıların 11 illik tarixində rəsmi oyunlarda 12-ci böyükhesablı məğlubiyyətdir. Əvvəlki uğursuzluqların yalnız birində komanda 6 top fərqindən artıq hesabla yenilib. 
 
2013/14 avrokubok mövsümündə, UEFA Avropa Liqası 2-ci təsnifat mərhələsinin ilk oyununda İsrail təmsilçisi "Makkabi” (Hayfa) Lənkəranda 8:0 hesabı ilə qələbə qazanıb. Bu oyun 2 il əvvəl iyulun 25-də baş tutub. 
 
Bu matçın avrokubok çərçivəsində baş tutduğunu nəzərə alsaq, daxili yarışlar üçün anti-rekord müəyyənləşdiyi aydınlaşar. Premyer Liqada 7-ci böyükhesablı yenilgisi "Xəzər Lənkəran” üçün həmdə ən ağır məğlubiyyət olub. Buna qədər "rekord” (0:5) 2011/12 mövsümünün birinci yarısında, "Neftçi” ilə noyabrın 11-də Bakıda baş tutan görüşdə rəsmiləşmişdi.
 
Maraq üçün qeyd edək ki, digər 5 böyükhesablı yenilginin 3-ü Azərbaycan Kuboku, 2-si isə Avropa Liqası (UEFA Kuboku) çərçivəsində realaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right