Azərbaycan millisinin kapitanı Səudiyyə Ərəbistanı klubuna keçdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə klub karyerasında dəyişiklik edib.

Newsport.az-ın məlumatına görə, yığma komandamızın yarımmüdafiəçisi Səudiyyə Ərəbistanında oynayacaq.

O, bu ölkənin “İstern Fleyms” klubuna keçib.

Dammam şəhərini təmsil edən komanda hazırda Səudiyyə Ərəbistanı liqasında 8 komanda arasında 7-ci pillədə qərarlaşıb.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right