Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək. Əvvəlcə lider "Qarabağ" "Kəpəz"in qonağı olacaq. Oyun saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşmasında "Zirə" "Sabah"ı qəbul edəcək. Oyunun start fiti saat 17:30-da veriləcək.
Qeyd edək ki, turun digər iki görüşü yanvarın 28-də keçiriləcək.
27 yanvar (şənbə)
17:30. “Zirə” – “Sabah” - 0:1
Qol: Sofian Çakla, 90+10-pen.
Qırmızı vərəqə: Elvin Camalov, 44-iki sarı vərəqə ("Sabah")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
15:00. “Kəpəz” – “Qarabağ” - 1:2
Qol: Olavale Onanuqa, 72 (1:0), Olavio Juninyo, 79 (1:1), Toral Bayramov, 90+6-pen.(1:2)
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Qəbələ şəhər stadionu