Azərbaycan Premyer Liqasında VII turunun son qarşılaşmasında "Qəbələ” "Xəzər Lənkəran”ı 6:0 hesabı ilə darmadağın edib.
Newsport.az-ın məlumatına görə, bu nəticə ilə "qırmızı-qarlar” bir neçə rekorda imza atıb.
Mövsümün ən böyükhesablı qələbəsini qazanan komanda 10 illik tarixinin rekordlarını təkrarlayıb. Bu nəticə "qırmızı-qaralar”ın Premyer Liqada ən böyükhesablı qələbəsidir. Komandamız 2007/08 mövsümündə, 2007-ci il noyabrın 11-də Sumqayıtda "Gənclərbirliyi”ni də eyni hesabla məğlub etmişdi. 2884 gün öncə reallaşan nəticəni təkrarlayan "Qəbələ” evdə ən böyükhesablı çempionat qələbəsini əldə edib.
Ümumiyyətlə bütün yarışlarda Qəbələdə ən fərqli qələbə isə 2006/07 mövsümündə "Şahdağ”la (Quba) 2006-cı il oktyabrın 16-dakı kubok matçında qeydə alınmışdı – 6:0. "Xəzər Lənkəran”la matçda həmin rekord da təkrarlanıb.