"Qarabağ"la oyuna xal qazanmaq üçün çıxacağıq"

“Kəpəz”in futbolçusu Vüsal Məsimov klubun mətbuat xidmətinə açıqlama verib.

Newsport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi əvvəlcə Misli Premyer Liqasının 19-cu turunda "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlməkləri haqda danışıb: “Ağır oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də keçdi. Çünki Qərb derbisi həmişə ağır olur. Həm azarkeş baxımından, həm də atmosfer baxımından. Qələbə qazandığımız üçün çox sevincliyik”.

O, 20-ci turda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb: “Qarabağ”la matça çox yaxşı hazırlaşırıq. Onların gücü hər kəsə bəllidir. Çempionatda liderlik edirlər. Buna baxmayaraq, çalışacağıq ki, öz gücümüzü göstərək. Meydana xal qazanmaq üçün çıxacağıq".

V.Məsimov ev oyunlarında maksimum xal qazanmağa çalışacaqlarını dilə gətirib: "Düzdür, "doğma divarlar" arasında oynamayacağıq. Ancaq azarkeşlərimiz Qəbələdə də bizi tək qoymurlar. Xüsusən ev matçlarında maksimum xal toplamağa çalışacağıq".

Qeyd edək ki, yanvarın 27-də keçiriləcək “Kəpəz” - “Qarabağ” oyunu saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right