“Turan Tovuz”da seminar

Bu gün “Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün klubun danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxsi Xəyal Qarayev tərəfindən “Danışılmış oyunlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.

Newsport.az-ın məlumatına görə, seminarda futbolun adını ləkəyən danışılmış oyunlar haqda maarifləndirici söhbətlər aparılıb, hesabat xarakterli təqdimatlar edilib, xüsusi videoçarxlar nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right