Premyer Liqada 20-ci tur: Hakim təyinatları bəlli oldu

Bu həftə Azərbaycan Premyer Liqasında XX turun matçları keçiriləcək.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, artıq turun təyinatları müəyyənləşib:

26 yanvar (cümə)

“Turan Tovuz” – “Səbail”
Hakimlər
: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu, 15:00

27 yanvar (şənbə)

“Kəpəz” – “Qarabağ”
Hakimlər:
Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 15:00

“Zirə” – “Sabah”
Hakimlər
: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 17:30

28 yanvar (bazar)

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Dalğa Arena”, 15:00

“Neftçi”– “Qəbələ”
Hakimlər
: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Neftçi Arena”, 17:30





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right