“Braqa”nın aparıcı futbolçusu “Qarabağ”la oyunları buraxacaq

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” ciddi itki ilə üzləşib. Newsport.az xəbər verir ki, Portuqaliya klubunun vingeri Bruma sıradan çıxıb.

29 yaşlı oyunçunun sağ dizindən xəsarət aldığı bildirilib. Yanvarın 29-da əməliyyat olunacaq Bruma təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdi ki, aparıcı futbolçu “Qarabağ”la hər iki qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right