Millinin baş məşqçisi istefa verdi

Tunis millisinin baş məşqçisi  Cəlel Qədri istefa verib.

Newsport.az xəbər verir ki, o, komandanın Afrika kubokunda pley-offa yüksələ bilməməsindən sonra bu addımı atıb.  Ötən gün Tunis yığması Cənubi Afrika yığması ilə heç-heçə edib (0:0). Görüşdən sonra keçirilən mətbuat konfransında mütəxəssis millidən ayrıldığını açıqlayıb.

Tunis millisi E qrupunda Mali, Cənubi Afrika və Namibiyadan sonra sonuncu yerdə qərarlaşaraq turnirin pley-off mərhələsinə yüksələ bilməyib. Komanda üç oyunda iki xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right