Qurban Qurbanovdan Xabi Alonsoya maraqlı hədiyyə FOTOLAR

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun rəqibi olan “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ilə görüşüb.

Qurbanov görüşdə ispaniyalı həmkarına Qarabağ xalçası hədiyyə edib.

Qeyd edək ki, Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.

 

 


 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right