“Qarabağ”dan Andrade transferində son nöqtə

“Heç kim bizə Leandro Andradeni almaqla bağlı müraciət etməyib”. Newsport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş meneceri Asif Əsgərov “Sport-Express”ə açıqlamasında deyib.

Kabo-Verde millisinin 24 yaşlı yarımmüdafiəçisinin adı “Rubin” və “Krasnodar”la birgə hallanır. Lakin klub rəsmisi bunu təkzib edib: “Başqa klubların komandamızdan hansısa futbolçunu izləməsi normaldı. Amma Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamalıdılar. Çünki onun “Qarabağ”la müqaviləsi var”.

Qeyd edək ki, Leandro Andrade bu mövsüm bütün turnirlərdə 33 oyunda iştirak edib, 10 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right