Azərbaycanlı futbolçu İspaniya klubuna keçdi

“Neftçi”nin əvəzedici heyətinin hücumçusu Bəhruz Qurbanlı İspaniyada oynayacaq.

Newsport.az xəbər verir ki, o, “Union Deportivo Montijo” ilə anlaşıb.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” futbol akademiyasının yetirməsi olan 18 yaşlı futbolçu artıq yeni komandası ilə məşqə çıxıb. Onunla uzunmüddətli müqavilə imzalanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right