"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi Afrika Millətlər Kubokunda çıxışını davam etdirir.
Newsport.az xəbər verir ki, öz qrupunda birinci yeri tutaraq 1/8 finala vəsiqə qazanan Kabo-Verdenin bu mərhələdəki rəqibi bəlli olub. Andradenin də üzvü oldu milli Mavritaniya komandası ilə qarşılaşacaq. Oyun yanvarın 29-u Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, Andrade hazırkı Afrika kubokunda qrupdakı 3 matçdan 1-də iştirak edib. O, Misirlə son görüşdə əsas heyətdə meydana çıxıb və 70 dəqiqə oynayıb.