Şahruddin seyvlər etdi, "Adana Demirspor" "Beşiktaş"dan xal aldı

Türkiyə Super Liqasında 22-ci turun matçları keçirilir. 

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" "Beşiktaş"ın qonağı olub.

Matç 0:0 hesabı ilə başa çatıb. Məhəmmədəliyev 90 dəqiqə meydanda olub. O, statistikaya əsasən matç ərzində altı seyv edərək, komandasını real qol təhlükəsindən xilas edib. 

"Adana Dəmirspor" 22 tura 31 xalla 6-cı pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right