“Qəbələ”nin braziliyalı futbolçusu Luis Hilario Dodo Azərbaycan futbolunun tarixinə düşüb.
Newsport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının VII turunda “Xəzər Lənkəran”la ev qarşılaşmasınını 8-ci saniyəsində fərqlənən braziliyalı Azərbaycan Futbolunun tarixinə düşüb. Onun qolu Azərbaycan Çempionatları tarixində vurulan ən erkən qol olub.
Qeyd edək ki, daha əvvəllər ilk çempionatlarda saniyələr qeydə alınmırdı. Məhz saniyələrin qeydə alınmasından bu yana ən erkən qolu məhz bu gün Dodo vurub.