Miodraq Bojoviç Azərbaycan çempionatlarında işləyən 62-ci baş məşqçidir

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan çempionatlarında debüt edən 62-ci əcnəbi mütəxəssisdir.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onadək 61 şəxs ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Bojoviç Premyer Liqa tarixində 2-ci monteneqrolu mütəxəssisdir. “Bakı”nın "sükanı arxasında" olmuş Bojidar Bandoviç 2012/2013 mövsümündə komandaya 32 oyunda rəhbərlik edib.

Bojoviç “Neftçi”nin tarixində 7-ci əcnəbi baş məşqçidir. Onadək ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede, çexiyalı Vlastimil Petrjela, italiyalı Roberto Bordin, rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu “ağ-qaralar”a rəhbərlik ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right