"Qarabağ"ın futbolçusu Misirə qarşı oynadı, komandası lider oldu

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi patrik Andradenin formasını geyindiyi Kabo-Verde millisi Misir seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Patrik Andrade də bu görüşün iştirakçısı olub. 30 yaşlı futbolçu matça start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib.

Xallarını 7-yə yüksəldən Kabo-Verde yığması qrup lider tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right