"Neftçi" rəhbərliyi ilə danışdım, Mutunun çox sərt məşqçi olmasına təəccüblənmişdilər"

Rumıniyalı futbol mütəxəssisi Mixai Stoyka Adrian Mutunun ötən ilin sonunda “Neftçi”dən ayrılmasının səbəbini açıqlayıb.

Newsport.az xəbər verir ki, “Orange Sport”a danışan Stoika bu vəziyyətlə bağlı Türkiyənin Antalya şəhərində “Neftçi” rəhbərliyi ilə söhbət etdiyini bildirib:

"Neftçi”nin nümayəndələri ilə uzun müddət eyni oteldə qaldıq. Məsələ ilə bağlı maraqlandım və Mutunun klubdan niyə ayrılması haqda danışdıq. Heç kim onu futbol baxımından qınamırdı. Amma “Neftçi”də Mutunun çox sərt məşqçi olmasına təəccüblənmişdilər. Yerli futbolçular buna öyrəşməmişdilər və Mutu güzəştə getməyə hazır deyildi. Oyunçular və məşqçilər arasındakı kimya çox vacibdir".

58 yaşlı məşqçi “Otelul”, “Unirea”, “Styaua” klublarında prezident və direktor kimi çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right