“Qarabağ” “Araz-Naxçıvan” önünə itki ilə çıxacaq

Premyer Liqanın XIX turunda “Araz-Naxçıvan”la qarşılaşacaq “Qarabağ” meydana ideal heyətlə çıxa bilməyəcək. Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi yarımmüdafiəçisi Marko Yankoviçin xidmətindən məhrum qalacaq.

Buna səbəb monteneqrolu orta sahə oyunçusunun məşqdə zədə almasıdı. Əlindən xəsarət alan Yankoviçin növbəti turda “Kəpəz”lə qarşılaşmada iştirakı sual altına düşüb.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyunu saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right