"Səbail"dən növbəti transfer

"Səbail" növbəti transferini reallaşdırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazır təmsilçisi Ayub Timbe Masika ilə anlaşıb.

Premyer Liqa klubu bu forvardla 1,5 illik müqavilə imzalayıb. Timbe son dəfə "Nanjinq Siti"nin formasını geyinib.

32 yaşlı keniyalı hücumçu “Genk”, “Lyers”, "Ridinq", "Vissel Kobe" və “Buriram Yunayted"də də oynayıb. O, Keniya yığmasının heyətində 24 oyuna 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right