"Qəbələ"nin legioneri "Araz-Naxçıvan"la matçda oynamayacaq

"Qəbələ"nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı nigeriyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb. Müayinələrdən sonra onun sağ dizinin iç bağlarının xəsarət aldığı müəyyənləşib. Bərpa prosesinə başlayan Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.

Yarımmüdafiəçi gabalafc.az saytına açıqlamasında meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right