Tanınmış futbolçu Xorvatiyada oynayacaq

"Tottenhem" İvan Perişiçi icarəyə göndərib.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı xorvat "Hayduk"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli vinger mövsümün sonuna qədər Xorvatiya klubunda oynayacaq. 

Perişiç "Tottenhem"lə 50 oyunda 1 qol, 14 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Tanınmış futbolçu "Soşo", "Brügge", "Borusiyya"(Dortmund), "İnter", "Volfsburq", "Bavariya" kimi komandalarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right