“Turan Tovuz” heyətinə 2 yeni futbolçu cəlb edib. Newsport.az xəbər verir ki, bunu Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə açıqlayıb.
Bildirilib ki, “Neftçi”nin gənc oyunçuları İsmayıl Zülfüqarlı və Fərid Yusifli mövsümün ikinci yarısını Tovuz təmsilçisində keçirəcək. Hər iki futbolçu yaya qədər icarəyə götürülüb.
Qeyd edək ki, İsmayıl Zülfüqarlı bu mövsüm “Neftçi”nin heyətində Premyer Liqada 5 oyunda meydana çıxıb.