"Səbail" yeni transferini açıqladı

“Səbail” bu qış ilk transferini reallaşdırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Quetanı heyətinə qatıb. Klub onunla 1,5 illik müqavilə imzalayıb.

Queta son olaraq Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış edib. O, “Portu”nun yetirməsidir və karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının da formasını geyinib.

Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right