"Berdıyevin Azərbaycan millisinə gedə biləcəyi ilə bağlı yayılan xəbərlər məni narahat etmir"

Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun baş direktoru Şamil Qazızov komandanın baş məşqçisi Kurban Berdıyevin Azərbaycan milli komandasına rəhbərlik edə biləcəyi ilə bağlı yayılan söhbətlər haqda yenidən açıqlama verib.

Newsport.az xəbər verir ki, Mahaçqa klubunun rəsmisi bu dəfə “Sport Ekspress”ə məsələ barədə bunları deyib:

“Azərbaycan millisi? Berdıyev “Dinamo"nun baş məşqçisidir. Nöqtə. Onun haqqında yayılan xəbərlər və söz-söhbətlər məni narahat etmir”.

Qeyd edək ki, yayılan xəbərlərə görə AFFA-nın milli komandamızın baş məşqçi postuna gətirmək istədiyi mütəxəssislərdən biri Kurban Berdıyevdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right