Coşqun Diniyevin komandası "Qalatasaray" səfərində

Türkiyə Kubokunda 5-ci turun oyunları davam edir.

Newsport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" səfərdə "Qalatasaray"ın qonağı olacaq. matç Bakı vaxtilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Coşqun Diniyev mövsümün əvvəlindən "Ümraniyespor"da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi I Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right