Ertuğrul Sağlam Ramil Şeydayevin transferindən danışdı

"Ramil Şeydayevin digər yeni oyunçularımızla birgə əskiklərimizi böyük ölçüdə həll edəcəyini düşünürəm".

Newsport.az xəbər verir ki, bu haqda Türkiyə 1-ci liqa təmsilçisi "Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam yerli jurnalistlərə açıqlamasında bildirib.

Tailandın "Buriram Yunayted" klubundan ayrılan Azərbaycan millisinin 27 yaşlı hücumçusu Ramil Şeydayev dünən "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

E.Sağlam ki, yeni futbolçular hazır durumdadırlar: "Amma bəzi alternativ çözümləri ortaya qoyacağıq. Həftə sonu həmin futbolçulardan hansı uyğun olsa, onun oynaması ilə bağlı qərar verəcəyik".

Qeyd edək ki, "Kocaelispor" bu həftənin şənbə günü öz meydanında Arda Turanın baş məşqçisi olduğu lider "Eyupspor"u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Əlavə edək ki, 18 oyundan 45 xalı olan "Eyupspor" turnir cədvəlində 1-ci, 33 xala malik "Kocaelispor" isə 3-cü yeri tutur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right