“Qarabağ”ın futbolçusu Polşa klubuna keçir

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Rahil Məmmədov Polşanın LKS komandasına keçməyə yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə weszlo.com məlumat yayıb. Xəbərdə tezliklə transferin tamamlanacağı və 28 yaşlı müdafiəçinin LKS-ə qoşulacağı qeyd olunub

Xatırladaq ki, Rahil "Neftçi"nin yetirməsidir. O, 2018-ci ildən "Qarabağ"da və Azərbaycan millisində oynayır.

Əlavə edək ki, LKS hazırda Polşa çempionatının turnir cədvəlində 10 xalla sonuncu - 18-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right