Şahruddinin komandası kubokda II Liqa təmsilçisinə uduzdu

Türkiyə Kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir.

Newsport.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "24 Erzurumspor"u qəbul edib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) II Liqa təmsilçisi növbəti raunda yüksəlib. "Adana Demirspor" isə kubokda mübarizəni dayandırıb.

Şahruddin Məhəmmədəliyev bu oyunda iştirak etməyib. 29 yaşlı qapıçının adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right