Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının düşərgəsinə qoşulub.
Newsport.az xəbər verir ki, yığmamızın forvardı 1-ci liqa təmsilçisinin məşqində iştirak edib.
R.Şeydayev aşağı divizon təmsilçisinin növbəti turda “Eyüpspor”a qarşı keçirəcəyi matçda iştirak edə bilər.
Forvard Kocaeli klubu ilə 2025-ci ilin yayına qədər müqaviləyə imza atıb.