Manafov bunu ikinci dəfə bacardı

Azərbaycan Premyer Liqasının dekabr ayında keçirilən oyunları zamanı vurulan qollar arasında “Ayın qolu” nominasiyasının qalibi “Araz-Naxçıvan”ın üzvü Turan Manafov olub.

Newsport.az xəbər verir ki, onun 17-ci turda “Sabah”a cərimə zərbəsindən birbaşa vurduğu qol 71 səslə PFL-in “Facebook” səhifəsinin izləyicilərinin rəğbətini qazanıb.

Xatırladaq ki, Turan Manafov avqust ayında keçirilən səsvermənin də qalibi olmuşdu. Onun “Sumqayıt”la matçda cərimə zərbəsindən vurduğu qol “Ayın qolu” seçilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right