"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Joau Vaskonselosla müqaviləsini uzadıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 18 yaşlı müdafiəçi ilə imzalanan yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Joau "Braqa"nın yetirməsidir. O, Portuqaliyanın U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında çıxış edib.
Əlavə edək ki, “Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.