Adı “Neftçi” ilə birgə hallanan futbolçu Yunanıstan klubuna keçir

Adı “Neftçi” ilə birgə hallanan ukraynalı futbolçu Aleksey Kaşuk Yunanıstan klubu PAOK-a keçir.

Newsport.az “sport24.gr” saytına istinadən məlumatına görə, ölkəsinin “Şaxtyor” klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi PAOK-la müqavilə bağlamağa yaxındır.

“Sabah”ın sabiq oyunçusunun donetsklilərlə sözləşməsinin müddəti mövsümün sonuna qədər olsa da, Saloniki klubu onu qış fasiləsində heyətinə qatmağı planlaşdırır. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl “Dalmatinskiportal” nəşri “Neftçi” və Xorvatiya klubu “Hayduk”un Aleksey Kaşuka transfer təklifi göndərdiyini yazmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right