Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin müalicəsi davam edir. Newsport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb “Dinamo”sunun futbolçusu hazırda həkim nəzarətindədi.
Onunla yanaşı, digər zədəlilər Lukas Kaçavenda, Luka Stoykoviç və Boşko Şutalo da hazırda zədədən əziyyət çəkir. Adıçəkilən futbolçuların hər biri bu səbəbdən komandanın qarşıdakı matçlarını buraxmalı olacaq.
Qeyd edək ki, Mahir Emreli qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə diz bağlarından xəsarət alıb. Onun təxminən 2 ay kollektivdən ayrı qalması gözlənilir.