"Turan Tovuz" bir gündə iki oyun keçirdi

"Turan Tovuz" bu gün Antalyada iki yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, qərb bölgəsi təmsilçisi günün ilk matçında Macarıstanın "Şiofok" klubuna 0:2 hesabı ilə məğlub olub.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv günün ikinci görüşündə isə Özbəkistan təmsilçisi "Nasaf"la üz-üzə gəlib. Qarşılaşma "Turan Tovuz"un 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Turan Tovuz" Antalyada ilk hazırlıq ilk matçında Rumıniyanın “Voluntari” komandasına 0:2 hesabı ilə məğlub olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right