AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Bolqarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin qeyd olunmuş oyunlar üçün açıqlanmış heyətində dəyişiklik baş verib.
Newsport.az-ın məlumatına görə, "Qarabağ" klubunun üzvü Cavid Tağıyev zədələndiyi üçün millinin heyətindən çıxarılıb.
Əvəzində, Elvin Məmmədov ("Qarabağ") və Məhəmməd Mirzəbəyov ("Qəbələ") milli komandaya dəvət olunub.