“Səbail” qış təlim-məşq toplanışı çərçivəsində bu gün 2-ci yoxlama oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, komanda Rusiya "Fakel"i ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. Bakı təmsilçisi 69-cu dəqiqədə penaltidən qol buraxıb.
"Fakel" Rusiya Premyer Liqasında mübarizə aparır.
Qeyd edək ki, "Səbail" ilk sınaq matçında Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb və qolsuz heç-heçə edib.