Çinin "Şanxay Şenxua" klubunun "Qarabağ"ın futbolçusu Leandro Andrade ilə maraqlanması barədə xəbərlər yayılıb.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə keçirilən hazırlıq matçından sonra bu haqda danışıb. O, kabo-verdeli yarımmüdafiəçi üçün təklif aldıqlarını bildirib:
"Rəsmi təklif var idi. Klub üçün pis təklif də deyildi. Sadəcə hazırda bizim futbolçuya ehtiyacımız var. Çalışdıq ki, onu komandada saxlayaq. Hələ ki, Andrade bizim oyunçudur".