Azərbaycanlı hücumçunun Türkiyə klubuna transferinin gecikmə səbəbi müəyyənləşib

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin Türkiyə klubu “Kocaelispor”a transferinin gecikmə səbəbi müəyyənləşib.

Newsport.az-ın yerli mətbuata istinadən məlumatına görə, 27 yaşlı hücumçu ailəsinin və özünün şəxsi işlərini yoluna qoymağa çalışır.

Tailandın “Buriram Yunayted” klubundan transfer edilən forvardın keçidinin rəsmən açıqlanması məhz bu səbəbdən yubanır. Ancaq Şeydayevin bu həftə ərzində Kocaeliyə yollanaraq, yeni komandasının düşərgəsinə qoşulması gözlənilir.

Qeyd edək ki, “Kocaelispor”un prezidenti Engin Koyun ötən həftə açıqlamasında Ramil Şeydayevlə 1,5 illik müqaviləni razılaşdırdıqlarını açıqlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right