Murad Musayev: "Nəticə istədiyimiz kimi olmadı"

"Sabah" Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununda "Vorskla" ilə qarşılaşıb.

Newsport.az xəbər verir ki, qarşılaşma Ukrayna təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın baş məşqçisi Murad Musayev matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"İntensiv oyunun şahidi olduq. Meydanda azad zona az idi və hər top uğrunda mübarizə gedirdi. Çox çətin oyun oldu ki, bu da bizim üçün yaxşıdır. Çoxlu fürsətlərimiz olsa da, qol çevirə bilmədik. Rəqib isə demək olar ki, əldə etdikləri bütün epizodları dəyərləndirdi. Bu gün yaxşı oyun keçirdik, sadəcə, nəticə istədiyimiz kimi olmadı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right