Bolqarıstan yüksək liqa təmsilçisi "Lokomotiv"in (Plovdiv) futbolçusu Alfa Konte "Neftçi"yə keçir.
Newsport.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Dsport" saytı məlumat yayıb. Klubun direktoru Pavel Kolev sayta açıqlamasında məlumatı təsdiqləyib. Kontenin bu qış transfer pəncərəsi zamanı Bakı klubuna keçəcəyi bildirilib.
Qeyri-rəsmi məlumata görə, Alfa Kontenin transferi üçün "Neftçi" qarşı tərəfə 300 min dollar təzminat ödəyəcək. Syerra-Leone millisinin üzvünün şəxsi şərtlərini də "Neftçi" ilə razılaşdırdığını bildirilir. Onun bu həftə "ağ-qaralar"ın düşərgəsinə qoşulacağı gözlənilir.
23 yaşlı sol vinger 2023-cü ilin ilin martında azad agent kimi "Lokomotiv"ə keçib. Onun Plovdiv təmsilçisi ilə 2025-ci ilin iyunun 30-dək müqaviləsi var. Konte "Lokomotiv"ə qədər müxtəlif vaxtlarda İsrailin "Hapoel Rişon-Le-Tsion", "Hapoel Umm-Əl-Fəhm" və Syerra-Leonenin "Central Parade" klublarında oynayıb.
O, bu movsüm Bolqarıstan liqasında 20 oyunda meydana çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini edib. O, 2023-cü ilin noyabrından Syerra-Leone millisinin 2 oyununa dəvət alıb.