"Kəpəz"in matçı təxirə salındı

"Kəpəz"in yoxlama görüşü ləğv edilib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubunun sabah "İmişli" ilə planlaşdırılmış yoxlama oyunu baş tutmayacaq.

Buna səbəb əlverişsiz hava şəraitidir.

Qeyd edək ki, Adil Şükürovun rəhbərlik etdiyi kollektiv ilk yoxlama görüşündə "Qəbələ"yə 2:1 qalib gəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right